Kürdəmir RMİ və Kürdəmir Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Ruhumun ünvanı Şuşa” adlı tədbir keçirilib. Dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RMİ-nin rəisi Faiq Xudanlı çıxışında müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi Zəfərin əhəmiyyətindən bəhs edib, “Şuşa İli”ndə həyata keçirilən tədbirlər haqqında fikirlərini bölüşüb.

Sonra Şuşanın əsrarəngiz təbiətini, zəngin tarixini özündə əks etdirən videoçarxlar nümayiş olunub. Tədbir Kürdəmir Rayon Mədəniyyət Mərkəzin və rayon Uşaq incəsənət məktəbinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Beyləqan Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycanın dilbər guşəsi – Şuşa” adlı mühazirə təşkil olunub. Çıxışlarda Ali Baş Komandanın rəhbərliyi ilə Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən, şəhərin mədəniyyətindən, yetişdirdiyi görkəmli simalardan, əsrarəngiz təbiətindən bəhs edilib. Tədbir iştirakçıları “Şuşa İli”nə həsr olunmuş sərgi ilə tanış olublar.

Nurəddin