Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində musiqi müəllimliyi ixtisasında təhsil alan tələbələrin iştirakı ilə görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illiyi münasibətilə konsert proqramı təşkil edilib.
ADPU-nun Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri professor Zemfira Abdullayeva milli musiqi tarixinə parlaq səhifələr yazmış sənətkarın yaradıcılığı haqqında məlumat verib.
Konsertdə bəstəkarın fortepiano musiqisi və digər instrumental əsərləri, “Sevil” operasından, “Min bir gecə” baletindən parçalar, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi nümunələri səsləndirilib.
Proqram Fikrət Əmirovun “Odlar ölkəsi” mahnısının sədaları ilə yekunlaşıb.