Dekabrın 8-də Bakı Konqres Mərkəzində “Azərbaycan Turizm Sammiti – 2022” keçirilib.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə gerçəkləşən tədbirdə turizm sənayesinin təmsilçiləri, dövlət və özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirdə turizm sahəsində inkişaf tendensiyaları, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələləri müzakirə edilib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sammitin əhəmiyyətindən danışıb və 2022-ci ildə turizm sektorunda əldə olunmuş nailiyyətlərdən söz açıb.
Sammitin panel iclaslarında “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “Turizm, mədəni irs və yaradıcı sənaye: yeni çağırışlar”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularında müzakirələr aparılıb.