Dekabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anım gününə (12 dekabr) həsr olunmuş tədbir keçirildi.

Anım tədbiri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Əməkdar artist Aybəniz Haşımovanın rəhbəri olduğu “Sənət” Akademiyasının təşkilatçılığı ilə gerçəkləşdi.

Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, mədəniyyət və incəsənət nümayəndələri, C.Naxçıvanski adına Hərbi liseyin kursantları və digər qonaqlar iştirak edirdilər.

İlk olaraq “Sənət” Akademiyasının şagirdləri Solmaz İsmayılzadə, İlkin Əzizov, Mələk Məmmədova, Nihad Yusifzadə, Emin Nəsibli və Fərqanə Məmmədovanın ifasında səhnəcik nümayiş etdirildi.

Ümummilli liderin vaxtilə bir bəndini söylədiyi Xalq şairi Səməd Vurğunun məşhur “Azərbaycan” şeirinin videosu nümayiş olunduqdan sonra Dövlət himni səsləndirildi.

Gecədə, həmçinin Əməkdar artist Aybəniz Haşımova, 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin rəqs ansamblı (bədii rəhbər: Xalq artisti Cəmilə Bayramova), “Sənət” Akademiyasının tələbələri Əhməd Məmmədov, Milana Nəbiyeva, Davud Nəsirli, Xədicə Rəşidli, Həsən Əliyev, Rəhimə Yusifova, Hikmət Qasımov, Yusif İbrahimov, Rişad Heydərov və Sultanamib Fərhadov çıxış etdilər.

Proqramda “Xalq Heydər söyləyəcək”, “Azərbaycan”, “Ey vətən”, “Gözəlim sənsən”, “Küçələrə su səpmişəm”, “Alagöz”, “Odlar Yurdu”, “Vətəndən pay olmayır” və s. mahnılar səsləndirildi.

Gecə boyunca ekranda Ulu öndər Heydər Əliyevin və ömür-gün yoldaşı akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumatlar, Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün xalqa müraciətinin videosu nümayiş etdirildi.

Nurəddin