GUAM müxtəlif xarici bazarlar üçün nəzərdə tutulmuş yeni turizm layihələri hazırlayır. Bu məsələ aprelin 19-20-də təşkilatın baş qərargahında GUAM-ın turizm üzrə işçi qrupunun 14-cü iclasında müzakirə olunub. İclasda GUAM turizm administrasiyasının və turoperatorlarının nümayəndələri iştirak edib.
   İştirakçılar katibliyin Yaponiya media nümayəndələri üçün mətbuat turunun təşkili barədə informasiyanı dinləyib və mətbuat turu proqramının son variantını razılaşdırıb. Tərəflər həmçinin ayrı-ayrı xarici bazarlar üçün nəzərdə tutulmuş yeni layihələrin işlənib hazırlanmasının mümkünlüyünü müzakirə ediblər.
   Növbəti profil iclasının bu ilin ikinci yarısında Kiyevdə keçirilməsi planlaşdırılıb.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar