Aprelin 21-də Xəzər Universitetinin "Xəzər book-klub" adlı kitab klubunun açılışı keçirildi. Təşkilatçıların bildirdiyinə görə, kitab klubu Azərbaycanda və xaricdə dərc olunmuş kitabların satışı, müəllif kitablarının təqdimatlarının, esse və şeir müsabiqələrinin keçirilməsi, qeyri-kommersiya filmlərinin, sənədli filmlərin nümayişi, intellektual oyunların və diskussiya xarakterli görüşlərin keçirilməsi, maraqlı və görkəmli insanlar haqda söhbətlər üçün münasib məkan olacaq. "Xəzər book-klub" həm də ziyalıların söhbət, əyləncə və istirahət məkanına çevriləcək.
   Qeyd edək ki, açılış günündə tanınmış filoloq alim, professor Qəzənfər Kazımovun kitabının təqdimatı da keçirildi.