Dinləyicilər Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyasına üzv olacaq
   
   Azərbaycanda turizm sənayesinin tələbatını ödəmək məqsədilə peşəkar bələdçilərin hazırlanması üçün bir neçə istiqamətdə işlər davam etdirilir. Bu istiqamətlərdən biri də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu və Almaniyanın GİZ təşkilatının dəstəyi ilə 3 mərhələdə keçirilməsi planlaşdırılan təlimlərdir. Aprelin 24-də təlimlərin ilkin mərhələsi ATİ-də başlayıb. 1 həftə davam edəcək təlimləri Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyasının beynəlxalq sertifikatlı bələdçisi xanım İvana Curuvija aparır. 12 iştirakçı əsasən bələdçi fəaliyyəti ilə bağlı dünya standartları, həmçinin yeniliklərlə tanış olacaqlar. Təlimləri uğurla başa vuran iştirakçılar Turizm Bələdçilər Assosiasiyası Dünya Federasiyasının beynəlxalq sertifikatlı üzvlüyünə qəbul ediləcəklər. Təlimlərin ikinci mərhələsinin Bakı Turizm İnformasiya Mərkəzində 26-28 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur.
   Qeyd edək ki, Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyası öz üzvlərinə High Oriented Training (HOT - Yüksək səviyyəli oriyentasiya treninqi) adlı seminar keçir. Seminarda hər ölkənin milli bələdçiləri iştirak edir. Azərbaycandan seçiləcək 12 nəfərə «Beynəlxalq bələdçi» sertifikatı veriləcək. Bu sertifikatı alanlar nəinki Azərbaycanda, həmçinin Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyasına üzv ölkələrdə də bələdçi fəaliyyəti göstərmək hüququ əldə edəcəklər, ayrı-ayrı ölkələrə təlim üçün dəvət olunacaqlar.
   Qeyd edək ki, Azərbaycan Turizm İnstitutunun Təlim Mərkəzi tərəfindən ötən ilin fevralından başlayaraq müxtəlif istiqamətlərdə turizm kadrlarının öz bilik və təcrübələrini artırması məqsədilə kurslar təşkil edilib. Bu istiqamətlərdən biri də bələdçi kurslarıdır. Artıq kursların 14 dinləyicisinə bələdçi fəaliyyəti göstərmək üçün sertifikatlar təqdim edilib. Hazırda kursların ikinci buraxılışı iki qrup üzrə fəaliyyət göstərir. Bu qruplarda 30 nəfər dinləyici var. Onlar aprel ayının sonuna qədər kursları başa vuracaqlar. 

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar