Mayın 4-5-də Türkiyənin İstanbul şəhərində “Ali təhsildə meyillər: innovasiya və təşəbbüskarlıq” mövzusunda II Beynəlxalq Konqres keçiriləcək. Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən verilən xəbərə görə, beynəlxalq tədbirə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç və Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov dəvətlidir.
Məlumat üçün bildirək ki, ATİ-nin rektoru C.Cəfərov 2009-cu ildə Türkiyənin Fatih və İstanbul universitetlərinin birgə təşkilatçılığı ilə keçirilmiş I Beynəlxalq Ali Təhsil Konqresinin də iştirakçısı olub.
Fəxriyyə Abdullayeva