Mayın 6-dan 8-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəkidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü turist yürüşü keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, yürüşün keçirilməsi məqsədilə yerli turizm şirkətləri və KİV nümayəndələrinin iştirakı ilə Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinə infotur təşkil olunacaq. İnfotur iştirakçıları Daşüz kəndindən Çorqat meşəsinə doğru 10 km yol qət edəcəklər. Adıçəkilən istiqamətdə turizm marşrutunun uzunluğu 35 km, keçid vaxtı 8 saatdır.
   Turist yürüşü həmçinin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələcək turistlərin atüstü turizmə cəlb edilməsində və atçılıq turizm marşrutunun təbliğində mühüm rol oynayacaq.

Fəxriyyə Abdullayeva