Misir hökuməti daxili turizmin inkişafı məqsədilə səkkiz ölkədən olan turistlər üçün vizasız rejim tətbiq edib. Misir Nazirlər Kabinetinin sədri Kamal əl-Qanzuri bildirib ki, bu sıraya Əlcəzair, Mərakeş, Tunis, İordaniya, Türkiyə, Çin, Hindistan və Azərbaycan daxildir. Misirli nazir onu da bildirib ki, vizasız rejim yalnız onların Misir ərazisində olmalarına görə məsuliyyət daşıyan turizm şirkətlərinin zəmanət verə biləcəkləri turistlər üçün təyin edilib.
Fəxriyyə