Azərbaycan Turizm İnstitutunda “Azərbaycan gəncliyinin XXI əsrdə ölkə iqtisadiyyatına baxışı” mövzusunda tələbə elmi-praktik konfransı keçirilib. Konfransda çıxış edən rektor Cəfər Cəfərov institutun fəaliyyəti, beynəlxalq əlaqələri və iştirak etdiyi layihələr barədə danışıb. Qeyd olunub ki, dövlətçiliyin möhkəmləndirilməsində prioritet sahələrdən biri elm və təhsilin dinamik inkişafına nail olmaqdır. Bu baxımdan gəncliyin ideya və axtarışlarına söykənən davamlı tədqiqatların aparılması böyük önəm kəsb edir. Rektor respublikanın ali məktəblərindən 30-dan çox tələbənin konfransa təqdim etdiyi məruzələrin aktuallığı ilə seçildiyini deyib. Üç bölmədən ibarət konfransda fərqlənən tələbələrə diplom və pul mükafatları təqdim olunub.

   Fəxriyyə