Dünyaca ünlü fotojurnalist Reza Deqati 20 Yanvarı necə görüb?

 

Moskvadan Bakıya gedən qatarda gizləndim, sonra da “Lada” markalı maşının içində saxlandım və Bakıda üç gün gizli qalmalı oldum ki, qətliamın fotolarını əldə edib bütün dünyanın diqqətinə çatdıra bildim...

Məşhur fotojurnalist Reza Deqati bu barədə özünün “İnstagram” səhifəsində 20 Yanvarla bağlı paylaşımında qeyd edib. Paylaşımda fotojurnalistin ATV telekanalı ilə birgə hazırladığı “Diqqəti çəkən həqiqət” adlı filmi haqqında məlumat verilir.

Reza Deqati filmdə 1990-cı ilin 20 yanvarında Bakıda baş vermiş qırğından sonra buraya gəlməsindən bəhs edir. O, “Qanlı Yanvar” xatirələrini, yaşadığı çətinlikləri ilk dəfə olaraq ətraflı şəkildə izləyicilərə çatdıracaq. Film yanvarın 20-də ATV kanalında yayımlanacaq.