Qusar rayonu ərazisində inşa olunan Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisinə qaz xəttinin çəkilişi ilə bağlı işlər yekunlaşıb. Kompleksin təbii qazla təmin edilməsi üçün 35,7 kilometr uzunluğunda 325 mm-lik yeni qaz kəməri çəkilib, müasir tipli Avtomatik Qazpaylayıcı Stansiya inşa edilib. Qaz avadanlıqlarının kipliyi və möhkəmliyi yoxlanılıb və istismara hazır vəziyyətdədir.
Kompleksin tərkibinə daxil olan bütün infrastrukturu təbii qazla təchiz edəcək yeni qaz kəməri həmçinin, idman obyektlərinin elektrik enerjisi ilə də təchizatında mühüm rol oynayacaq. Belə ki, burada elektrik enerjisi təbii qazla istehsal olunacaqdır. Bundan başqa, kəmərin çəkildiyi ərazidə yerləşən 13 kəndin də qazlaşdırılması üçün əlverişli imkan yaranıb.
Qaz kəməri mürəkkəb dağ şəraitində çəkilib. Tikinti işləri zamanı ətraf mühitə ziyan vurulmaması, yaşıllıq zonalarının qorunması məqsədilə ekoloji cəhətdən təmiz və müasir texniki üsul və texnologiyalardan istifadə edilib. Ümumiyyətlə, qaz kəməri regionun ekoloji şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Belə ki, müasir tipli Avtomatik Qazpaylayıcı Stansiyada təbii qaz əlavə olaraq təmizlənir, təzyiqi tənzimlənir və sərf olunan qazın qeydiyyatı aparılır. Stansiya işə düşəndən sonra onun idarə edilməsi üçün sutkada yalnız iki nəfər işçi cəlb olunacaq.