İyunun 6-da «Excelsior Hotel Baku» hotelinin açıq hovuzu ətrafında yay mövsümünün açılışı ilə bağlı tədbir keçirilib.
«AtaTravel» turizm şirkətindən verilən məlumata görə, tədbirdə iştirak edən qonaqlar əvvəlcə hotelin yay mövsümü ilə bağlı təqdimatı ilə tanış olublar. Tədbirdə canlı musiqi səslənib və qonaqlar arasında "AtaBank" ASC, "AtaSığorta" ASC və "AtaTravel" MMC tərəfindən təqdim olunan hədiyyələrlə lotereya oyunu keçirilib.
Tədbirdə "Excelsior Hotel Baku" hotelinin baş meneceri Natalya Solovyova çıxış edərək bildirib ki, isti yay günlərində şəhərdən kənarda dincəlmək imkanı olmayanlar üçün hoteldə gözəl şərait olacaq. Böyüklər və uşaqlar üçün hovuzlar yay mövsümünün başlanması ilə əlaqədar tamamilə yenilənib.
Açıq hovuz ətrafında istirahəti yeni menyudan yeməklər, ev limonadı və şirniyyatlar tamamlayacaq. Burada 2012-ci il futbol üzrə Avropa çempionatı keçirildiyi müddətdə bütün oyunları açıq hovuz ətrafında nəhəng ekrandan izləmək də mümkün olacaq. Yay mövsümünün açılışı ilə bağlı «Avro-2012» oyunlarının izlənməsi və açıq hovuza giriş üçün güzəştli qiymətlər təyin edilib.
Hotelin sadalanan imkanlarından istifadə etməklə, xüsusilə də musiqiçilərin ifasında canlı musiqini dinləməklə bol əyləncəli gözəl bir gün keçirmək olar.
Fəxriyyə Abdullayeva