İyunun 6-da Azərbaycan Turizm İnstitutunda AMEDEUS proqramının nümayəndəsi ilə görüş keçirilib. Prorektor Eldar Aslanovun bildirdiyinə görə, görüşdə bu ali təhsil ocağında AMEDEUS-un laboratoriyasının qurulması ilə bağlı razılıq əldə edilib. Məqsəd tələbələrin bu proqramı bronlaşdırma dərsi çərçivəsində öyrənməsinə nail olmaqdır. Sonda həmin tələbələr imtahan verərək AMEDEUS sertifikatını alacaqlar. Burada əsas məqsəd turizmlə bağlı ayrı-ayrı fənlər üzrə turizm bazarının tələb etdiyi sertifikatlaşmaları tədrisə cəlb etməkdir. Qeyd edək ki, bu kurslar həm ATİ-nin bakalavr pilləsində oxuyan tələbələr, həm də Turizm Peşə Liseyinin turizm agenti ixtisası üzrə təhsil alan tələbələri üçün keçiriləcək.

  Fəxriyyə Abdullayeva