Yanvarın 25-də Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmirlə görüşüb.

Görüşdə Türk dünyası jurnalistlərinin konsolidasiyası ilə bağlı məsələlər müzakirə olunub. R.Məcid ortaq həqiqətlərimizin təbliği baxımdan bunun vacibliyini vurğulayıb.

M.Demir rəhbərlik etdiyi qurumun reallaşdırdığı tədbirlərdən söz açıb,8-ci Türk Dünyası Sənədli Filmlər Festivalını bu ilin oktyabrında Bakıda keçirmək istədiklərini deyib. O, Mətbuat Şurasının  tərəfdaş təşkilat kimi ötən festivallara dəstək göstərdiyini, Azərbaycandan media təmsilçilərinin də təşəbbüsə fəal qoşulduqlarını xatırladıb. M.Demir 7-ci Türk Dünyası Sənədli Filmlər Festivalı ilə bağlı toplunu MŞ sədrinə təqdim edib.

R.Məcid Mətbuat Şurası tərəfindən festivala bu il də dəstək veriləcəyini diqqətə çatdırıb.

Görüşdə medianın ortaq türk mədəniyyətinin təbliği məsələlərində iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılıb.