Yanvarın 24-də Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin “B-C-B” adlı konserti və cadenzaorchestra.com saytının təqdimatı keçirildi.
Konsert proqramında alman bəstəkarı Y.S.Bax, XX əsrin ən məşhur Amerika bəstəkarlarından J.M.Keycin fortepiano əsərləri səsləndirildi. Orkestrin müşayiəti ilə solistlər Zərif Kərimova, Günel Quliyeva və Zülfiyyə Muxtarova əsrlər boyu insanları həyəcanlandıran və düşündürən musiqinin dərin qatlarını, avanqard musiqinin qeyri-standart texnikasını musiqisevərlərə yüksək peşəkarlıqla təqdim etdilər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” orkestri (Cadenza Contemporary Orchestra) fəaliyyətini iki istiqamətdə qurur. Birinci istiqamət musiqi maarifçiliyidir. Kollektiv ölkəmizin şəhər və rayonlarında mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər təşkil etməyi, musiqi tarixinin bütün dövrlərində (renessans, barokko, klassisizm, romantizm, modernizm və postmodernizm) yazılmış əsərləri səsləndirməyi, auditoriya ilə interaktiv təmaslar qurmağı nəzərdə tutur. İkinci istiqamət Azərbaycanda müasir musiqi ifaçılığı və çağdaş dünya musiqisi ilə təmaslar qurmaq ənənəsini yaşatmaqdan ibarətdir.
Lalə