Gələn həftə Bakı Turizm Peşə Liseyində «Azərbaycanda turizm təhsili: problemlər, nailiyyətlər və perspektivlər» mövzusunda müşavirə keçiriləcək. Tədbirdə Azərbaycan Turizm İnstitutunun, Mingəçevir Turizm Kollecinin və Bakı Turizm Peşə Liseyinin mütəxəssislərinin məruzələri dinləniləcək, problemləri səsləndiriləcək və onların həlli yolları araşdırılacaq. Eyni zamanda ATİ və Turizm Liseyinin inkişafı ilə bağlı müəyyən təkliflər irəli sürüləcək. 
   
  Fəxriyyə Abdullayeva