«Ötən il Azərbaycanda fəaliyyət göstərən turizm obyektləri öz qiymətlərində təxminən 20 faizə qədər endirim etdi. Amma bu proses daimi deyil. Burada müəyyən bir hədd var». Bu fikri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazirin sözlərinə görə, bu ilin müşahidəsi onu göstərir ki, 4 və 5 ulduzlu hotellərin qiymət siyasəti yeni hotellərin açılışından sonra müsbətə doğru getməkdədir: «Biz görürük ki, rəqabətə davam gətirmək üçün hotellər öz qiymətlərini endirib. Ötən illə müqayisədə bu il 4 və 5 ulduzlu hotellərin qiymətlərində təxminən 10 faizə qədər endirim müşahidə olunur. Bu da müsbət tendensiyadır. Amma təkcə 4 və 5 ulduzlu hotellərdən danışmamalıyıq. Kempinqlərin, motellərin, 2 və 3 ulduzlu hotellərin işini daha ciddi nəzarət altında saxlamalıyıq. Çünki insanların böyük hissəsi məhz bu turizm obyektlərinin xidmətindən istifadə edir. Biz bu müəssisələrdə keyfiyyətə xüsusi önəm verməliyik».
Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycanda beynəlxalq tədbirlərin, o cümlədən də «Eurovision-2012»nin uğurla keçirilməsi ölkəmizə marağı artırıb: «Artıq Avropanın 3-4 ölkəsindən turoperatorlarını Azərbaycana göndərmək məqsədilə sifarişlər daxil olub. Onlar yerli vəziyyətlə yaxından tanış olmaq istəyirlər. Məqsədləri böyük turist qruplarının ölkəmizdə istirahətini təmin etməkdir. Bunu «Eurovision»un müsbət nəticəsi kimi qiymətləndirmək olar. Biz də bütün imkanlarımızdan istifadə edərək bölgələrdəki istirahət mərkəzlərində xidmətin keyfiyyətinin artırılmasına çalışırıq”.
Nazir onu da bildirdi ki, hazırda Azərbaycanda 42 mehmanxana və mehmanxana tipli obyekt tikilməkdədir.
Fəxriyyə Abdullayeva