Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Baku City Tour” (“Bakı şəhər turu”) layihəsi ilin sonuna qədər davam edəcək. Bu barədə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu məqsədlə ayrılan avtobuslar bundan sonra Nəqliyyat Nazirliyi ilə bağlanan müqavilə əsasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya mərkəzlərinin nəzdində fəaliyyət göstərəcək.
   Layihədə bir sıra dəyişikliklər də nəzərdə tutulur. İndiyədək 3 saat müddətində reallaşdırılan siti-turlar bundan sonra 1 saat 20 dəqiqə ərzində həyata keçiriləcək.
   Nazir bildirdi ki, «Bakı şəhər turu» ilin sonuna qədər ödənişsiz olacaq. Bu da turun şəhər sakinləri arasında təbliği ilə bağlıdır. Gələn ildən isə bu turlar pullu olacaq. 

   Fəxriyyə