Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə II Milli Turizm Mükafatı müsabiqəsinə start verilib. Müsabiqənin təşkilində məqsəd turizm sənayesinin davamlı inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi, müxtəlif turizm növlərinin stimullaşdırılmasına nail olmaq, eləcə də kütləvi informasiya vasitələrinin bu mövzu ilə bağlı yaradıcılıq potensialını gücləndirməkdir.
Artıq müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu başlanıb. Müsabiqə xarici və daxili turizm sahəsində ən yaxşı turoperator, 5, 4 və 3 ulduzlu hotel, ixtisaslaşdırılmış KİV, nəşriyyat evi, turizm sahəsində ən yaxşı internet portalı və turist kompleksi daxil olmaqla, ümumilikdə 14 nominasiya üzrə keçirilir.
Müsabiqənin qalibləri sentyabrın 27-də - Dünya Turizm Günündə mükafatlandırılacaqlar.