Qazaxıstanın və Çexiyanın birgə layihəsi olaraq Astana Mədəniyyət İdarəsi tərəfindən onlayn formatda həyata keçirilən “Bohemian Music Festival” incəsənət müsabiqəsinə Bakı məktəbləri də qatılıb.
Müsabiqə dörd – vokal, xoreoqrafiya, instrumental incəsənət və orijinal incəsənət nominasiyaları üzrə təşkil edilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli Musiqi məktəbinin şagirdi Dərya Rzazadə (müəllim Firuzə Əliyeva) müsabiqədə 8-10 yaş kateqoriyası üzrə instrumental incəsənət nominasiyasında I dərəcəli laureat adını qazanıb.
Niyazi adına 22 nömrəli Musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Zəhra Babazadə (müəllim Dilrubə Əbdurəhmanova) isə 11-13 yaş kateqoriyası üzrə instrumental incəsənət nominasiyasında çıxış edərək I dərəcəli laureat adına layiq görülüb.