Rusiyanın Sankt-Peterburq şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkə universitetlərinin turizm sahəsində beynəlxalq elm və təhsil konsorsiumu təsisçilərinin ilk işçi seminarı olub. Azərbaycan Turizm İnstitutu Tədris şöbəsinin müdiri Nərminə Abdullayeva seminardakı çıxışında təmsil etdiyi institutun ölkə ali təhsil ocaqları sırasında tutduğu mövqe və xarici partnyorlarla əlaqələri, ikili diplom təcrübəsi, yüksək ixtisaslı turizm kadrlarının hazırlanması məsələlərindən danışıb. Seminarda yay məktəblərinin (akademik heyət və tədqiqatçılar üçün), muzeyşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübə mübadiləsi, ikili diplom proqramı çərçivəsində müştərək magistr proqramlarının təşkili və s. problemlər müzakirə olunub. Tədbirdə təşkilata üzv ölkələrin universitetlərinin turizm sahəsində beynəlxalq elm və təhsil konsorsiumunun yaradılması haqqında təkliflər paketinin hazırlanıb müvafiq quruma təqdim edilməsi qərara alınıb.

  Fəxriyyə