Azərbaycan Turizm İnstitutu Türkiyənin Hitit Universiteti ilə əməkdaşlıq edəcək. ATİ-nin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, bununla bağlı razılıq Hitit Universitetinin rektoru Reha Metin Alkanın Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovla görüşündə əldə edilib.
   Görüşdə çıxış edən Cəfər Cəfərov ATİ-nin üçüncü məzun ili ərəfəsində olduğunu, beynəlxalq təşkilatlar və nüfuzlu ali təhsil ocaqları ilə faydalı əməkdaşlıq etdiyini bildirib.
   Qonaq isə deyib ki, 2006-cı ildən müstəqil ali təhsil ocağı kimi fəaliyyət göstərən Hitit Universiteti az bir müddətdə Türkiyənin nüfuzlu ali təhsil ocağı imicini qazanıb. Bir sıra beynəlxalq, o cümlədən Leonardo da Vinçi, Erasmus Mundus proqramlarının fəal iştirakçısıdır. 2007-ci ildən 2011-ci ilə kimi olan dövrdə Hitit Universitetinin 66 tələbəsi qeyd edilən proqram çərçivəsində Avropanın nüfuzlu universitetlərində təhsil almaq şansı qazanıb. Azərbaycana səfərdə məqsəd qardaş ölkənin ali təhsil ocaqları ilə yaxından tanışlıq, universitetlərarası memorandum və sazişlər bağlamaqdır. Hitit Universitetinin rektoru qeyd edib ki, Azərbaycan Turizm İnstitutu ilə də davamlı ikitərəfli əməkdaşlıqda maraqlıdırlar.
   Görüşdə əməkdaşlıqla bağlı razılıq əldə olunub.   

    Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar