Fevralın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının növbəti nümayişi olacaq.

Fədakar məhəbbətin gücünü tərənnüm edən operada əsas rolları Əməkdar artist Elnur Zeynalov və aparıcı solist Rəvanə Əmiraslanlı ifa edəcəklər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

“Əsli və Kərəm” operasının ilk tamaşası 1912-ci il mayın 18-də indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında olub. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir Hacıbəyli idi.

Qeyd edək ki, opera ilk tamaşasından müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil edilib.