Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Kino məktəbi” layihəsinin təntənəli buraxılış gecəsi fevralın 5-də, görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun (1939-2022) ad günündə keçirilib.
AKİ-dən bildirilib ki, məktəbi bitirən 13 tələbəyə (rejissor, ssenarist, animasiya rejissoru kursları üzrə) diplomlar təqdim olunub.
Diplomları AKİ-nin sədri, Xalq artisti Rasim Balayev, AKİ İdarə heyətinin üzvü Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimi, tanınmış animasiya rejissoru Firəngiz Qurbanova və “Kino Məktəbi”nin rəhbəri, rejissor Oleq Səfərəliyev təqdim ediblər.