Azərbaycanda fəaliyyət göstərən «Geo Travel» turizm şirkəti Türkiyənin Antalya bölgəsinə avtobus turu təşkil edir. Şirkətdən verilən məlumata görə, avqustun 10-dan 22-dək davam edəcək tur zamanı turistlərə Kəmərdə 3, 4 və 5 ulduzlu hotellərdə 7 gecə, 8 günlük istirahət təklif edilir. Qiymətlər 352 manatdan başlayır. Buraya nəqliyyat xərcləri, yolüstü Gürcüstanın və Türkiyənin müxtəlif şəhərlərinə ekskursiyalar, hotelə yerləşmə, gündə 5 dəfə yemək daxildir. Qeyd edək ki, tur zamanı nəqliyyat xərci 120 manatdır. İstirahət mərkəzlərində hotel seçimi turistlərin öz ixtiyarındadır.

   Fəxriyyə