«Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xidmətində olan turizm, sanatoriya və istirahət ocaqlarının 70 faizində 8500-ə yaxın məcburi köçkün və qaçqın yaşayır». Bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.
   Onun sözlərinə görə, hazırda həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir. Bu müəssisələrin 12600 çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi və istirahəti üçün istifadə edilir.
   S.Mehbalıyev deyib ki, «Şuşa» və «İstisu» sanatoriyaları erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Azərbaycan Həmkarlar İttifaqlarının «Kurort» Səhmdar Cəmiyyəti hazırda çarpayı fondunun yalnız 20 faizindən istifadə edir: «Son illər bir çox dövlət idarələri öz işçiləri üçün Nabranda istirahət mərkəzləri tikib istifadəyə veriblər. Hazırda bu mərkəzlərdə yüzlərlə işçi istirahət edir».

   Fəxriyyə