İyunun 1-də Şuşada “Heydər Əliyev – Türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalının keçirilməsi nəzərdə tutulur.
Türkdilli dövlətlərin uşaq rəqs qrupları arasında festival Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq.
Layihə çərçivəsində festival iştirakçıları 28 may – 3 iyun tarixlərində Bakı və Şuşa şəhərlərində təşkil edilən ekskursiyalarda iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə yaxından tanış olacaqlar.