Mingəçevir Turizm Kollecində 2012-ci ilin məzun buraxılışına həsr olunmuş mərasim keçirilib. Mərasimdə çıxış edən təhsil ocağının direktoru professor Əyyub Əyyubov məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, onlara təhsil müddətində əldə etdikləri bilikdən bacarıqla faydalanmağı və həyatda layiqli yer tutmağı arzulayıb. Tədris işləri üzrə direktor müavini V.İbişova, təlim-tərbiyə işləri üzrə direktor müavini Ə.Əsgərov, tədris şöbəsinin müdiri Q.Kərimov çıxış edərək, məzunlara ürək sözlərini çatdırıblar.
   Tədbirdə tələbələr hazırladıqları bədii nömrələri, musiqi parçalarını təqdim ediblər. Sonda bütün məzunlar birlikdə “Yallı” rəqsi ifa ediblər. Doğma təhsil ocağına əlvida deyən gənclər xatirə şəkilləri çəkdiriblər.