Bakı Turizm İnformasiya Mərkəzi Üçüncü Milli Turizm Mükafatı müsabiqəsində iştirak etmək üçün dəvət edir.
Müsabiqənin məqsədi turizm sənayesinin davamlı inkişafını, xidmət keyfiyyətinin yüksəldilməsini və müxtəlif turizm növlərinin stimullaşdırılmasıdır. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
Turizm sahəsində tədrisin inkişafına edilən şəxsi töhfə;
Ölkədaxili və gəlmə turizm sahələrində ən yaxşı turoperator;
Xarici turizm sahəsində ən yaxşı turoperator;
Ən yaxşı 5 ulduzlu hotel;
Ən yaxşı 4 ulduzlu hotel;
Ən yaxşı 2-3 ulduzlu hotel;
Ən yaxşı kiçik hotel;
Turist qruplarına xidmət göstərən ən yaxşı restoran (aparıcı turoperatorlar arasında sorğu nəticəsində müəyyən edilir);
Ən yaxşı ixtisaslaşdırılmış kütləvi informasiya vasitəsi, nəşriyyat evi;
Bakı şəhərində turizmlə bağlı ən yaxşı televiziya süjeti (televiziya kanalı və yaxud müəllif namizədliyini irəli sürə bilər);
Bakı şəhərində turizm haqqında ən yaxşı nəşr;
Bakı şəhərində ən yaxşı turist kompleksi;
Turizm sahəsində ən yaxşı internet portalı;
Ən yaxşı hotel meneceri.
Müsabiqədə iştirak etmək üçün ərizələr 20 iyun-20 sentyabr 2012-ci il tarixlərində qəbul edilir. Qaliblərin təltif edilmə mərasimi 2012-ci il sentyabrın 27-də Ümumdünya Turizm Günündə keçiriləcək.
Müsabiqədə təşkilatlar, müəssisələr, turizm və hotel biznesi təmsilçiləri, tədris və mədəniyyət təşkilatları, turizm infrastrukturuna aid müəssisələr, jurnalistlər və kütləvi informasiya vasitələri iştirak edə bilər.
Üçüncü Milli Turizm Mükafatı müsabiqəsində iştirak üçün Bakı Turizm İnformasiya Mərkəzinə aşağıdakı sənədlər təqdim edilməlidir:
Müsabiqədə iştirak üçün ərizə (forma üzrə);
Təşkilat və yaxud iddiaçı haqqında arayış;
Seçilmiş nominasiya üzrə mükafata namizədliyini irəli sürmək üçün görülən işlər barəsində məlumat.
Mükafat haqqında əsasnamə, nominasiyaların siyahısı, müsabiqədə iştirak etmək üçün lazımi sənədlər və ərizə forması www.tourism.az saytında yerləşdirilib. Müsabiqə haqqında məlumat əldə etmək üçün 498 12 44, 598 44 12 nömrələrinə zəng edə, tic_baku@box.az elektron ünvanına yaza bilərsiniz.
Müsabiqədə iştirak üçün müvafiq ərizə forması doldurularaq əlavə sənədlər toplusu ilə birlikdə aşağıdakı ünvana göndərilməlidir:
Bakı şəhəri, AZ 1000, Üzeyir Hacıbəyli küçəsi, 36. Bakı Turizm İnformasiya Mərkəzi. Telefonlar:(994 12) 498 12 44, 598 55 19. E-mail: tic_baku@box.az