Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov tamaşa hazırlamaq üçün Qazaxıstana dəvət olunub. 

Rejissor Qazaxıstanın iki teatrında – Karaqanda şəhərindəki K.Stanislavski adına Rus Dram Teatrında A.Saqarelinin “Xanuma” pyesini, Astanadakı K.Kuanışbayev adına Qazaxıstan Dövlət Akademik Musiqili Dram Teatrında isə F.Zellerin “Ata” pyesini səhnələşdirəcək.

“Xanuma”nın premyerası aprel ayında olacaq. “Ata” pyesinin tamaşası isə iyun ayına nəzərdə tutulub.