Fevralın 28-də Azərbaycan İstiqlal Muzeyində Gənclərin Respublika Bədii Yaradıcılıq Evi ilə birgə “Ürəklərdə yaşayan dahi şəxsiyyət” adlı ədəbi-bədii tədbir keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin deputatı İlham Məmmədov, jurnalist, politoloq Svetlana Bayramova çıxış edərək Azərbaycan xalqının taleyində və tarixində əvəzsiz rolu olan Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıblar.

Sonda Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin istedadlı üzvləri musiqi və şeir kompozisiyaları təqdim ediblər.

Tədbirdə “Böyük Qayıdış” Gənclər Təşkilatı, “İrəli” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatının üzvləri, “Bir könüllü” tələbə təşkilatı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin könüllüləri və digər qonaqlar iştirak ediblər.