Rəqs tamaşası təqdim ediləcək
Gürcüstanın dünyaca məşhur rəqs kollektivi – “Kral Milli Baleti” Avropa və Amerikaya möhtəşəm qastroldan sonra – aprelin 21-də Bakıda, Heydər Əliyev Sarayında çıxış edəcək. Sarayın səhnəsində “Gürcü əfsanəsi” rəqs tamaşası təqdim ediləcək.
“Gürcü əfsanəsi” adlı xoreoqrafiya proqramı – ayrı-ayrı rəqs nömrələrindən seçmələr deyil, ümumi ideya və süjet xətti ilə birləşmiş bütöv tamaşadır. Bütün bunlar gözəl kostyumlar və möhtəşəm dekorasiyalarla ahəng təşkil edərək tamaşaçının diqqətini özünə çəkir. “Gürcü əfsanəsi” tamaşaçıya gürcü mədəniyyəti ilə tanış olmaq və məftunedici rəqs aləminə səyahət etmək imkanı verən rəngarəng lirik şoudur.
“Kral Milli Baleti” 2008-ci ildə Gürcüstanda xoreoqraflar Gela Potshişvili və Maya Kiknadze tərəfindən yaradılıb. Gürcü milli rəqs ənənələrini qoruyub saxlayan ansambl novatorluğu və yüksək peşəkarlıq səviyyəsi ilə seçilir.