Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Fevralın 28-də Kamera və orqan musiqisi zalında keçirilən konsert proqramında gənc violin ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşova (Əməkdar müəllim İlhamə Ağayevanın yetirməsi) çıxış edib. Onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Arzu Səfərova müşayiət edib.

Proqramda Avropa və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.