Martın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunub.

Əməkdar artist, dirijor İlahə Hüseynovanın idarə etdiyi konsertin solistləri Əməkdar artistlər Çinarə Heydərova (qanun), Sahib Paşazadə (tar), beynəlxalq və respublika müsabiqələri laureatları Emin Eminli (tar), Nərgiz Mütəllibova (fleyta), Fariz Hüseynov (kamança) olub.

Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.