Gürcüstanın Qara dəniz sahilindəki Batumi şəhərində Azərbaycan investisiyaları hesabına daha bir beşulduzlu mehmanxana tikiləcək. 
   «London» adlı mehmanxananın tikintisinə bir neçə gün əvvəl start verilib. Tikintinin təməlqoyma mərasimində Batuminin meri Robert Çxaidze, Acarıstanın maliyyə naziri Zaur Bolkvadze və Azərbaycanın Naxçıvan şəhərinin meri Vüqar Səfərov iştirak edib.
   Qeyd edək ki, yeni mehmanxana keçmiş «London» mehmanxanasının ərazisində tikiləcək. Qərara alınıb ki, yeni binanın fasadı üçün köhnə mehmanxanadan qalan daşlardan istifadə olunsun. Mehmanxanada 60 nömrə olacaq. İşləri «Gəmiqaya» şirkəti aparır.

   Fəxriyyə