İyulun 10-12-də Avropa İttifaqının Bakı ofisində təşkilatın maliyyə dəstəyi ilə gerçəkləşən “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin potensialının gücləndirilməsi”nə dair Tvinninq layihəsinə maraq göstərən ölkələrin turizm qurumlarının təqdimatları keçirilib.
Tədbirdə Avstriya-Litva, Almaniya-Estoniya, İspaniya-Yunanıstan (birgə layihələr) və İtaliya adından layihə təklifləri təqdim edilib. Təhlil və müvafiq məsləhətləşmələrdən sonra Avstriya və Litvanın birgə layihə təklifi ən yüksək qiymətlər toplayıb və müsabiqənin qalibi elan edilib. İyulun 27-də müsabiqənin rəsmi nəticələri bütün iştirakçılara çatdırılıb. Müqavilənin ilin sonuna kimi tam hazırlanması və 2013-cü ilin yanvar ayında layihənin həyata keçirilməsinə başlanılması nəzərdə tutulur.
Qeyd edək ki, icra müddəti 15-18 ay olan, büdcəsi 900 min avro məbləğində nəzərdə tutulmuş layihə tam olaraq Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək.
Fəxriyyə