Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Millennium Tourism & Congress DMC»nin təşkilatçılığı ilə avqustun 4-5-də İsmayıllı rayonuna infotur təşkil ediləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, turizm şirkətləri nümayəndələrinin və kütləvi informasiya vasitələri əməkdaşlarının iştirakı ilə gerçəkləşəcək infotur zamanı iki marşrutun təqdimatı keçiriləcək. Bunlardan biri «Qırxotaq əfsanəsi» mədəni turizm marşrutu, digəri isə «Fit dağı əfsanəsi» ekoloji marşrutudur. Bundan əlavə, 2 günlük səfər zamanı iştirakçılar İsmayıllının tarixi-etnoqrafik kəndləri olan Basqal və Lahıcı gəzmək, eyni zamanda Buzxana, Qırxotaq abidələri, Fit və Nil dağlarında yerləşən qədim məscidlərin qalıqları ilə tanış olmaq imkanı əldə edəcəklər.