Yenicə yaradılmış Xaqani Ədəbi Məclisi qısa bir vaxtda öz ətrafına xeyli ədəbiyyat həvəskarı toplaya bilmişdir. Hər həftənin cümə günü bir yerə toplaşan məclis üzvləri ədəbiyyatımızın dünəni, bu günü, sabahı barədə müzakirələr aparır və yeni yaradılmış ədəbi nümunələr haqqında öz fikirlərini bildirirlər.
Məclisin sayca üçüncü olan yığıncağı fevralın 20-də «Tək səbir» qəzeti redaksiyasında keçirildi.
Tədbiri giriş sözü ilə açan «Kredo» qəzetinin baş redaktoru, şair-publisist Əlirza Xələfli məclisin «Xaqani» adlandırılmasını alqışladı. Qeyd etdi ki, Xaqani Azərbaycan ədəbiyyatının böyük simalarından biridir. Onun zəngin yaradıcılığından bəhrələnmək çox vacib bir şərtdir. O, sözünə davam edərək bildirdi ki, «Xaqani yaradıcılığının öyrənilməsində hələ də müəyyən problemlər var və bu bizi təəssüfləndirməyə bilməz. Xaqani yaradıcılığı dərindən öyrənilməlidir». Natiq yığıncaq iştirakçılarına uğurlar arzuladı.
Məclisin sədri, şair-publisist İsgəndər Etibar çıxış edərək Xaqani və Nizaminin Azərbaycan ədəbiyyatını uca bir zirvəyə qaldırdıqlarını qeyd etdi, onların əvəzolunmaz şəxsiyyət olduqlarını, bu xəzinədən öyrənməyin vacibliyini diqqətə çatdırdı.
«Şeir sadəcə olaraq söz demək yox, həm də bədii sənətdir. Elə buna görə də bu sənətə bədii ədəbiyyat deyirlər» fikrini iştirakçılara bir daha xatırlatdı.
Son illər bədiilikdən uzaq olan şeir kitablarının çap olunmasına münasibətini bildirən İsgəndər Etibar qeyd etdi ki, «Söz qafiyələndirib, kitab çap etdirmək faydasız bir işdir, kitab çap etdirmək yox, sənət əsəri yaratmaq lazımdır. Əsl şairlik budur».
Ədəbiyyat fəallarını müzakirələrdə iştirak etməyə və yeni yazılan şeirlərə öz tənqidi fikirlərini bildirməyə çağırdı.
Müzakirələrdə iştirak edən Arif Musa, Hikmət Məlikzadə, Bəydadaş, Əlivahid Çaylı, Minadi Mikayıl, Xəqani İsmayıl, Xoşqədəm Cəbrayılov, Dayandur Sevgin və başqaları şeirlər, lətifələr və başqa oxunan ədəbiyyat nümunələrinə öz münasibətini bildirdilər.
Məclisi yekunlaşdıran sədr iştirakçılara öz minnətdarlığını bildirdi və yazılar barədə deyilən fikirləri müsbət dəyərləndirdi. Bir daha qeyd etdi ki, bu məclisi yaratmaqda əsas məqsəd oxunan yazılardakı mövzunu yox, sənətkarlıq məsələlərini ön plana çəkməkdir.
Xaqani Ədəbi Məclisinin növbəti yığıncağı fevralın 27-də olacaq.
Eldar Səfa Şahvələdli