Amerikalı yazıçının kitabı Azərbaycan dilində nəşr olunub
   
   ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilmiş “Çərpələng uçuran” kitabı mayın 27-də təqdim olunub. “Əli və Nino” kitab mağazaları şəbəkəsinin direktoru Nigar Köçərli kitab haqqında danışaraq bildirib ki, əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” kitabı indiyədək 30 dilə tərcümə olunub və böyük uğur qazanıb. Azərbaycanda da əvvəllər müxtəlif dillərdə təqdim olunan kitabın oxucular tərəfindən böyük maraqla qarşılandığı üçün dilimizə tərcümə olunması qərara alınıb.
   Qeyd edilib ki, kitab qloballaşma, mədəniyyətlərarası mübarizə, vətəndaş müharibəsi, miqrasiya və digər mövzuları əhatə edir.