Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin fotosərgisi açılıb.
Tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artist, kinorejissor Elxan Qasımov çıxış edərək Azərbaycan kinematoqrafiyasının keçdiyi zəngin yaradıcılıq yolunda Pərviz Quliyevin xidmətlərindən danışıblar.
Sonra tədbir iştirakçıları XX əsrdə lentə alınmış Azərbaycan filmlərinin kadrarxası fotolarından ibarət sərgiyə baxıblar.