Xalq artisti, muğam və xalq mahnılarımızın mahir ifaçısı Könül Xasıyevanın 55 illik yubileyi münasibətilə aprelin 3-də Beynəlxalq Muğam Mərkəzində yaradıcılıq gecəsi təşkil olunub.
Sənətkarın yaradıcılıq gecəsində həmkarları da səhnəyə çıxaraq musiqili təbriklərini təqdim ediblər.
Muğam və şeirlə dolu proqrama Könül Xasıyevanın ifaları ilə yanaşı, bədii qiraətçi, Əməkdar artist Ağalar Bayramovun çıxışı da xüsusi rəng qatıb.
Könül Xasıyeva 17 mart 1968-ci ildə Şəkidə anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini (Xalq artisti Şövkət Ələkbərovanın sinfi) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (Xalq artisti, xanəndə Arif Babayevin sinfi) bitirib. Türkiyə, Almaniya, Fransa, İtaliya, Rusiya və başqa ölkələrdə konsert proqramları ilə çıxış edib.