Azərbaycan Dövlət Akademik Filarmoniyasında aprelin 4-də Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib.
Respublika və beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurovun dirijorluğu ilə reallaşan konsertdə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Fuad Hacıyev, Xəyyam Məmmədov, Çinarə Heydərova, solistlər Vəfa Vəzirova, Samir Piriyev, Taleh Yəhyayev, Rəvan Qaçayev, Zabitə Əliyeva, Nurlana Abdullayeva, Emin Eminli və Orxan Soltanov könül oxşayan musiqi nömrələri ilə çıxış ediblər.
Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərinin ifa olunduğu konsert musiqisevərlərə unudulmaz anlar bəxş edib.