Mayın 4-də Heydər Əliyev Mərkəzində “Caz günü” olacaq. Həmin gün Heydər Əliyev Mərkəzinin Auditorium zalının səhnəsinə əvvəlcə pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev (piano), Ruslan Hüseynov (bas-gitara) və Elvin Bəşirovdan (zərb aləti) ibarət caz triosu çıxacaq.
Konsertin davamında trionun müşayiəti ilə Xalq artistləri Ənvər Sadıqov (qarmon), Tünzalə Ağayeva (vokal), Əməkdar artistlər Ceyla Seyidova (skripka), Sevda Ələkbərzadə (vokal), həmçinin Elnur Mikayılovun (kamança) ifasında caz kompozisiyaları təqdim olunacaq.