Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzinin “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində Ümummilli liderin irsi, həyat və fəaliyyətinə dair nəşrlər dünya kataloqunda – “WorldCat”da araşdırılıb.

UNEC-dən bildirilib ki, araşdırma zamanı kataloqda Ulu öndərə həsr olunan 1000-dən çox nəşr müəyyən olunub. Bu nəşrlərə 710 çap kitabı, 73 elektron kitab, 8 mikroforma, 1 dissertasiya, 1 əlyazma, 1 brayl şriftli kitab, 130 məqalə, 84 tammətnli məqalə, 13 arxiv materialı, 1 onlayn video və s. daxildir.

“WorldCat”da yer alan nəşrlər ingilis (470), Azərbaycan (350), rus (130), fransız (45), alman (36), türk (25), italyan (20) və başqa dillərdədir.