«SW Travel» İtaliyaya yeni səyahət turuna start verib
   
   «SW Travel» şirkəti sentyabr-noyabr ərəfəsində «Romadan Milana» adlı turpaketini təqdim edib. 
   Şirkətdən verilən məlumata görə, şəhərlərin cəlbedici gözəlliyi, tarixi və memarlıq abidələri ilə zəngin olan Roma, Venesiya, Florensiya və Vatikana ekskursiyalar, Roma və Milan hotellərində gecələmə, səhər yeməyi, uçuş, transfer, viza və sığortanın da daxil olduğu paketin qiyməti 1441 manat təşkil edir.
   Bakıdan Romaya birbaşa uçuşlar sentyabrın 8-dən noyabrın 3-dək hər həftənin VI günləri yerinə yetiriləcək. Bu tur çərçivəsində istirahət edənlər əks istiqamətdə Milan-Bakı birbaşa aviareysi ilə ölkəyə dönəcək. Turpaket 9 gecə, 10 gündən ibarətdir.
   «Bir çox insanın sevdiyi təravətli və sərin payız mövsümü istirahət və səyahət üçün ideal vaxtdır. Səfər çərçivəsində vaxtdan səmərəli istifadə, tarixi və nəfis mətbəxi ilə tanış olmaq üçün İtaliya optimal seçimdir. Bu ölkə mədəniyyət və tarixi abidələrin mərkəzi sayıla bilər», - deyə «SW Travel» şirkətindən bildirilib.

Fəxriyyə Abdullayeva