Bakı Dövlət Universiteti Mədəniyyət-yaradıcılıq mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tələbələr arasında keçirilmiş bədii qiraət və rəsm müsabiqəsinin qalibləri seçilib.
Mədəniyyət-yaradıcılıq mərkəzinin direktoru Akif Səmədov bildirib ki, müsabiqənin məqsədi Heydər Əliyevin zəngin həyat və fəaliyyətini dərindən öyrənmək, gənclərin vətənpərvərlik hisslərini daha da yüksəltməkdir.
Rəsm müsabiqəsində Kimya fakültəsinin tələbəsi Səbinə İbrahimxəlilova, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Səbinə Şirinova və Fizika fakültəsinin tələbəsi İlqarə Mirzəyeva ilk üç yeri tutublar.
Bədii qiraət üzrə müsabiqə isə Jurnalistika fakültəsinin magistr tələbəsi Hüseyn Cabbarlı 1-ci, Filologiya fakültəsinin tələbəsi Fidan Mədətova 2-ci, Şərqşünaslıq fakültəsinin tələbəsi Eltac Abbasov 3-cü yerə layiq görülüb.
Qaliblərə diplom və pul mükafatları verilib.