Sentyabrın birinci yarısında Qax rayonunda ilk dəfə “Bal bayramı” keçiriləcək.
   Bayramın keçirilməsində əsas məqsəd rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılan arıçılığı inkişaf etdirmək, bu sahəyə marağı daha da artırmaqdır.
   Son illər rayonda bu sahədə müəyyən işlər görülüb. Keçən il 100 tondan artıq keyfiyyətli bal istehsal edilib.
   Şəhərin Nizami parkında keçiriləcək “Arım, balım, pətəyim” adlı bayram tədbirinin iştirakçıları əvvəlcə bal və arıçılıq məhsullarının sərgisi ilə tanış olacaqlar. Qonaqlar bal məhsulları ilə bəzədilmiş çay süfrəsinə qonaq ediləcək, arılara aid alleqorik səhnəcikləri izləyəcək, müxtəlif müsabiqələrə qatılacaqlar. Bayram tədbiri rəngarəng konsert proqramı ilə başa çatacaq.