İyunun 9-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yaşlı, orta və gənc nəsil şairlərin iştirakı ilə “Poeziya günü” keçirilib. Tədbirdə Prezident təqaüdçüsü İlyas Tapdıq, qocaman şairlər Oqtay Rza, Abbas Abdulla və başqaları gənclər qarşısında şeirlərini oxuyublar.
   Orta nəsil şairləri Ramiz Duyğun, Musa Ələkbərli, Balayar Sadıq, Fəxrəddin Meydanlı, Qəşəm Nəcəfzadə, Mahcamal, Məlahət Yusifqızı, Zərəngiz Dəmirçi Qayalı, Narıngül, Şəfəq Sahibli, Səlim Babullaoğlu və başqalarının Vətən, Qarabağ mövzusunda yazdıqları şeirlər rəğbətlə qarşılanıb.
   Tədbirdə ədəbi yaradıcılıqda ilk qədəmlərini atan Günel Şamilqızı, Şəhriyar, Nuranə Nur, Afaq Şıxlı, Aysel Kərim və başqalarının söylədikləri şeirlərdə nəzərə çarpan yeni ruh, yeni düşüncə tərzi, onların sənətə gətirdikləri yeni deyim tərzi alqışlanıb.
   Sonda ədəbiyyatşünas-tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Vaqif Yusifli ədəbiyyatımızın inkişafında, şeirimizin daha da zənginləşməsində belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar